Azərbaycan Televiziyasının “Hədəf” verilişinin bugünkü buraxılışı Çində meydana gələn koronavirus xəstəliyinə qarşı görülən profilaktik tədbirlərə həsr olunub.
Verilişin qonaqları Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Afaq Əliyeva, Dövlət Gömrük Komitəsi Sərhəd Buraxılış Məntəqələrinin işinin təşkili idarəsinin rəisi Şahin Ələsgərov və iqtisadçı Tural Hacıyev olub.
“Hədəf”də profilaktik tədbirlərin təşkili, Səhiyyə naziri Oqtay Şirəliyevin bu istiqamətdə imzaladığı əmr təhlil olunub. Bundan başqa, Azərbaycanın Çindəki fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı verilişə canlı bağlantı ilə qoşulub. Səfir Çində virusa yoluxanların sayını açıqlayıb. Orada yaşayan azərbaycanlılar üçün virus təhlükəsi və görülən tədbirlər barədə məlumat verib.