Əlilliyin qiymətləndirilməsi qaydaları dəyişdi - Yeniliklər hansılardır?

23 Yanvar, 16:59 Sosial mediada paylaşın:

Nazirlər Kabinetinin yeni qərarları ilə “Əlilliyin qiymətləndirilməsi Qaydaları” və “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası” təsdiqlənib. Göndərişlərin verilməsi və əlilliyin qiymətləndirilməsi qaydalarında dəyişiklik edilib.  

Yeni qaydaya əsasən, göndərişlərin qüvvədə qalma müddəti ilə bağlı vaxt məhdudiyyəti aradan qaldırılır. Daha bir yenilik göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısının aidiyyəti qurumların internet portalında yerləşdirilməsidir.

Artıq əlilliyin qiymətləndirilməsi sahəsində əlillik səbəbləri ümumi və xüsusi olmaqla 2 qrup üzrə müəyyənləşib. Eləcə də dünya təcrübəsinə uyğun olaraq terror hadisələri ilə əlaqədar əlillik səbəbləri də bu siyahıya əlavə edilib.

Əlilliyi olan şəxslər üçün daha bir yenilik isə Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilib. Onlar üçün müəyyən güzəştlər nəzərdə tutulub. İlk növbədə onların kateqoriyaları müəyyənləşib. 

Bura imtahan binasında onlar üçün ayrıca otağın ayrılması, gətirilməsi mümkün olmadıqda olduğu ünvanda imtahan verməsi, əlavə imtahan vaxtının verilməsi, imtahan müddətində tənəffüslərin ayrılması, zərurət yarandığı halda xüsusi mütəxəssislərin, pedaqoqların dəstəyindən istifadə kimi güzəştlər daxildir.

Təlimatlara görə, Dövlət İmtahan Mərkəzinə imtahandan 2 həftə əvvəl əlilliyi təsdiq edən sənədin əsli, əgər şəxsin yaşı 18-dən aşağıdırsa, onda sağlamlığının, fiziki məhdudiyyətinin və yaxud da xəstəliyinin diaqnozunu təsdiq edən sənəd təqdim olunmalıdır.

Niftulla Məmmədli