Xırdalanda təmir gedən yollarda işlər nə yerdədir?

Xırdalanda təmir gedən yollarda işlər nə yerdədir?

22 Yanvar, 17:52 Sosial mediada paylaşın:

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində dövlət başçısının tapşırıq və sərəncamları əsasında, avtomobil yolları, küçə və prospektlərdə kompleks tədbirlər həyata keçirilir. Bu çərçivədə Xırdalan şəhərində də avtomobil yollarının əsaslı təmir işləri aparılır.

Təmir-tikinti işlərinə Xırdalan şəhərinin əsas nəqliyyat arteriyası hesab olunan Heydər Əliyev prospektindən başlanılıb. Prospektin uzunluğu 5100 metrdir. Bunun da 2700 metri 4 hərəkət zolaqlıdır.

Aparılan kompleks tədbirlər çərçivəsində Nizami Gəncəvi və Qalubiyyə küçələrinin təmiri artıq yekunlaşıb. Qalubiyyə küçəsinin uzunluğu 1,1 km, eni 10 m, Nizami Gəncəvi küçəsinin uzunluğu 1,6 km, eni isə 12 m təşkil edir. Bu küçələr üzrə asfaltlanmış ərazinin sahəsi 12,5 min kv.m təşkil edir.

Layihənin son mərhələsində yol kənarlarına yeni yağış barmaqlıqları yerləşdiriləcək, hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq.

Növbəti mərhələdə isə Hacı Zeynalabdin Tağıyev və Səttar Bəhlulzadə küçələrinin əsaslı təmiri nəzərdə tutulub. Bu küçələr üzrə asfaltlanacaq sahə 22,5 min kv.m-dir.

Samir Namiqoğlu

CANLI YAYIM