“SUEZ Group”un Azərbaycanda reallaşdırdıqları layihələr barədə Prezident İlham Əliyevə məlumat verilib

“SUEZ Group”un Azərbaycanda reallaşdırdıqları layihələr barədə Prezident İlham Əliyevə məlumat verilib

22 Yanvar, 17:35 Sosial mediada paylaşın:

Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “SUEZ Group”un yeni baş icraçı direktoru Bertran Kamusla görüşüb.

Görüşə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Bertran Kamus rəhbərlik etdiyi şirkətin hazırda Azərbaycanda həyata keçirdiyi layihələr, bu layihələrin gedişi, həmçinin perspektiv proqramlar barədə məlumat verib.

Rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə danışan baş icraçı direktor “SUEZ Group”un kimya məhsullarının istehsalı, məişət tullantılarının yığılması və emalı istiqamətində, habelə irriqasiya və meliorasiya sahəsində gələcək fəaliyyət proqramlarını Prezident İlham Əliyevə təqdim edib.

Görüşdən məmnunluğunu ifadə edən Prezident İlham Əliyev bildirib ki, “SUEZ” şirkətinin Azərbaycanın aidiyyəti qurumları ilə fəaliyyəti barədə məlumatlıdır və əldə edilən nəticələr də qənaətbəxşdir.

Kimya məhsullarının istehsalı, məişət tullantılarının yığılması və emalı, habelə meliorasiya sahəsində qabaqcıl texnologiyaların tətbiqi istiqamətində “SUEZ” ilə əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

CANLI YAYIM