Təhsildə Keyfiyyət Təminatı Agentliyi niyə yaradıldı? - Nazir müavini “Hədəf”də açıqlayıb

Təhsildə Keyfiyyət Təminatı Agentliyi niyə yaradıldı? - Nazir müavini “Hədəf”də açıqlayıb

22 Yanvar, 17:05 Sosial mediada paylaşın:

Xəbər verildiyi kimi, ötən il Prezident İlham Əliyevin Fərmanı ilə Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaradılıb.

Bəs bu Agentliyin təhsilin keyfiyyətinə hansı təsirləri olacaq? Fəaliyyət istiqamətləri nədən ibarətdir?

Azərbaycan Televiziyasının “Hədəf” verilişinin 22 yanvar buraxılışında bu suallara cavab axtarılıb. Verilişin qonağı Təhsil nazirinin müavini İdris İsayev olub.

Nazir müavini sözügedən agentliyin yaradılmasını zəruri edən amillərdən danışıb. Qeyd edib ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin yaradılmasında məqsəd insan kapitalının inkişafıdır. Onun sözlərinə görə, təhsilin keyfiyyəti müasir çağırışlara uyğunlaşdırılmalıdır.

Bundan başqa, nazirlik rəsmisi bildirib ki, Agentliyin yaradılması gənclərin əmək bazarına çıxışını dəstəkləyəcək.

CANLI YAYIM