Ukraynanın tanınmış “İmena” ictimai-siyasi jurnalının və “Bioqrafik Ensiklopediya” dərgisinin növbəti sayı bu ölkədəki azərbaycanlılardan, o cümlədən Azərbaycandan bəhs edir.
Ukraynadakı Azərbaycan diasporunun uğurlarından söz açılan dərgilərdə Nikolayev vilayətində fəal azərbaycanlı, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin vilayət üzrə sədri Yunus Əliyevin gördüyü işlərdən, əsasən də onun tərəfindən İkinci Dünya müharibəsində azərbaycanlıların da fəal döyüşdüyü 416-cı Taqanroq diviziyası şərəfinə bu ölkədə ucaldılan abidədən bəhs edilir.
Dərgilərdə digər azərbaycanlıların da xidmətlərindən danışılır.
Jurnalda azərbaycanlıların Ukraynadakı xidmətləri ilə yanaşı, Azərbaycanın ölkə olaraq müstəqillik əldə etdikdən sonra keçdiyi uğurlu yol, inkişaf sürətindən, hazırda dünyada olan nüfuzundan və sair bəhs edilir.