Yunanıstanın Prezidenti ilk dəfə qadın oldu

22 Yanvar, 15:34 Sosial mediada paylaşın:

Yunanıstanın yeni Prezidenti seçilib.

Belə ki, yanvarın 22-də Yunanıstan parlamenti Yekaterini Sakellaropulunun namizədliyinin lehinə səs verib.

63 yaşlı Y.Sakellaropulu bundan əvvəl Yunanıstanın Dövlət Şurasının rəhbəri olub.

O, Yunanıstan tarixində bu vəzifəni tutan ilk qadındır.

Qeyd edək ki, Yunanıstanda Prezident həm də Ali Baş Komandandır.