Bu ilin ilk yarısında bütün avtobuslar kart sisteminə keçəcək

Bu ilin ilk yarısında bütün avtobuslar kart sisteminə keçəcək

22 Yanvar, 13:01 Sosial mediada paylaşın:

Sərnişindaşımada keyfiyyətin artırılması istiqamətində atılan mühüm addımlardan biri də marşrut avtobuslarında ödənişin kart sisteminə inteqrasiyasıdır. Dövlət tərəfindən qoyulan tələblərə əsasən, paytaxt ərazisində fəaliyyət göstərən avtobusların bu sistemə keçidi sürətlə aparılır.

Nağdsız ödəniş sisteminə keçid sərnişindaşıma sahəsində qeyri-formal məşğulluğun qarşısının alınması və şəffaflığın təmin edilməsi baxımından əhəmiyyətlidir. Daşıyıcılara qoyulan tələblər əsasında avtobus parkının yenilənməsi isə kart sisteminə keçidi sürətləndirən əsas amillərdəndir.

Statistikaya görə, paytaxt ərazisində 29 müntəzəm xətt üzrə 598 avtobus kart sistemi ilə fəaliyyət göstərir. Yanvarın 24-də 4 nömərli avtobusun da kart sisteminə keçidi ilə bu say daha da artacaq.

Sərnişinlər də həm rahatlıq, həm də ictimai nəqliyyatda təhlükəsizlik baxımından avtobusların nağdsız ödənişə keçidinin tərəfdarıdırlar.

Avtobusların  kart sisteminə keçidindən əvvəl həmin marşrut xətti üzrə mütəxəssislər tərəfindən təhlillər aparılır. Ehtiyac yaranan yerlərdə yeni dayanacaqlar və “Bakıkart”ın balansını artırmaq üçün terminallar quraşdırılır.

Fevral ayının ilk günlərindən etibarən avtobusların kart sisteminə inteqrasiyası daha da sürətləndiriləcək. Paytaxt ərazisində vətəndaşlara xidmət göstərən bütün avtobusların isə ilin birinci yarısında nağdsız ödənişə keçidi təmin olunacaq.

Sabir Bilalov

CANLI YAYIM