"Qarabağ" Rumıniyanın “Akademiya Klinçeni” komandası ilə görüşəcək

"Qarabağ" Rumıniyanın “Akademiya Klinçeni” komandası ilə görüşəcək

18 Yanvar, 14:25 Sosial mediada paylaşın:

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” klubu yanvarın 18-də ilk yoxlama oyununu keçirəcək.

Qurban Qurbanovun yetirmələri Rumıniyanın yüksək liqasında mübarizə aparan "Akademiya Klinçeni" klubu ilə qarşılaşacaqlar. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Ağdam klubu təlim-məşq toplanışı çərçivəsində daha üç oyun keçirəcək. Komanda Qazaxıstanın “Jetisu”, Çexiyanın “Siqma” və Polşanın "Visla Plok" komandaları ilə üz-üzə gələcək.

CANLI YAYIM