Naxçıvanda “ASAN xidmət” mərkəzi tikiləcək - 8,8 milyon manat ayrıldı

Naxçıvanda “ASAN xidmət” mərkəzi tikiləcək - 8,8 milyon manat ayrıldı

16 Yanvar, 16:46 Sosial mediada paylaşın:

Prezident İlham Əliyev Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 8,8 milyon manat ayrılsın.

CANLI YAYIM