Yüksək dağlıq ərazilərdə 10-13 dərəcə şaxta olub

Yüksək dağlıq ərazilərdə 10-13 dərəcə şaxta olub

13 Yanvar, 11:36 Sosial mediada paylaşın:

Yanvarın 13-də ölkə ərazisində hava şəraiti dəyişib, qeyri-sabit keçib, əksər rayonlarda yağış, Naxçıvan Muxtar Respublikası, Yuxarı Qarabağ və Böyük Qafqazın bəzi yerlərində isə qar yağıb və qar örtüyü əmələ gəlib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən, qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 8, Sarıbaşda (Qax) 7, Daşkəsəndə 6, Xınalıq, Qrızda 5, Şahbuzda 4, Sədərəkdə 3, Naxçıvan, Altıağac, Ordubad, Şərurda 2, Qusar, Xaltan, Gədəbəydə 1 santimetrə çatıb.

Havanın minimal temperaturu dağlıq ərazilərdə 3-7°, yüksək dağlıq ərazilərdə 10-13° şaxta təşkil edib.

CANLI YAYIM