Ukrayna təyyarəsi Tehranda qəzaya uğrayıb, 176 nəfər ölüb

8 Yanvar, 10:38 Sosial mediada paylaşın:

İranın paytaxtı Tehranın Xomeyni adına beynəlxalq hava limanında Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb.

Hadisə nəticəsində avialaynerin göyərtəsində olan 9 ekipaj üzvü və 167 sərnişinin hamısı həlak olub.

Tehran-Kiyev aviareysi ilə hərəkət edən təyyarənin havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğradığı bildirilir. İlkin ehtimala görə, hadisəyə texniki nasazlıq səbəb olub. Qəzanın səbəbləri ilə bağlı araşdırmalar davam edir.