Respublika əhəmiyyətli yol yenidən qurulur - Son vəziyyət

Respublika əhəmiyyətli yol yenidən qurulur - Son vəziyyət

7 Yanvar, 14:35 Sosial mediada paylaşın:

Respublika əhəmiyyətli Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun 53-cü km-dən ayrılan Zərdab avtomobil yolu yenidən qurulur. Bu yolun yenidən qurulması həm də Kürdəmir və Zərdab rayonları arasında nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasına da xidmət edir.

Kürdəmir-Zərdab avtomobil yolu uzun illər təmir olunmadan istifadə edildiyindən asfalt-beton örtüyündə aşınmalar və çökmələr əmələ gəlmişdi. Bu problemlərin aradan qaldırılması məqsədi ilə ölkə başçısının Sərəncamına əsasən, yolda yenidənqurma işləri aparılır. 35 min nəfərin yaşadığı 24 yaşayış məntəqəsini birləşdirən Zərdab avtomobil yolunda hazırda torpaq işləri görülür. Yeni yol yatağı inşa edilir. Yol əsası hazır olan hissələr isə asfaltlanır. Mövcud suötürücü borular yararsız vəziyyətdə olduğundan aparılan işlər çərçivəsində yeni suötürücü borular, həmçinin kollektor su keçdiləri də inşa olunur.

Layihənin sonunda avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün siqnal dirəkləri, yol nişanları və məlumatverici lövhələr, elcəcə də 41 avtobus dayanacağı quraşdırılacaq.

Ayşəm Rüstəmova

 

CANLI YAYIM