Yeni il ərəfəsində Bakıda daha bir həyət abadlaşdırıldı - Leyla Əliyeva açılışda iştirak edib

Yeni il ərəfəsində Bakıda daha bir həyət abadlaşdırıldı - Leyla Əliyeva açılışda iştirak edib

25 Dekabr, 16:49 Sosial mediada paylaşın:

“Bizim həyət” layihəsi çərçivəsində yenilənən növbəti həyət Yeni il ərəfəsində sakinlərin istifadəsinə verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında iştirak edib.

Söhbət Binəqədi rayonu, 6-cı mikrorayonda 2200 nəfər sakinin yaşadığı məhəllədən gedir. Yenilənən həyətin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva da iştirak edib.

“Bizim həyət” layihəsinin əsas məqsədi Bakıdakı binaların həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, yaşıllıqların bərpası, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb. 400 metr uzunluğunda velosiped yolu çəkilib.

Həyətdə uşaqların oyunlar oynaması və idmanla məşğul olması üçün də əlverişli şərait yaradılıb. Gənclərin asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə süni örtüklü mini futbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları yerləşdirilib.

Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 70 ədəd ağac və kollar əkilib, 2500 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb.

Həmçinin sakinlərin təhlükəsizliyinin təmini məqsədilə ərazidə müşahidə kameraları quraşdırılıb.

“Bizim həyət” layihəsinin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur.

Ayşəm Rüstəmova

CANLI YAYIM