“Əbədiyyət” - Ulu öndərə həsr olunan sənədli film sabah AzTV-də

11 Dekabr, 13:14 Sosial mediada paylaşın:

Dekabrın 12-si ulu öndər Heydər Əliyevin vəfatının ildönümüdür.

Dünyanın ən böyük azərbaycanlısı, xalqımızın qürur mənbəyi, mübarizlik simvolu, ümummilli lider Heydər Əliyev azərbaycançılıq fəlsəfəsinin banisi, həm də azərbaycançılığın simvoludur. Çünki Heydər Əliyev fenomeninin sirri vətənə, xalqa məhəbbətdə, doğma torpağa sədaqətdədir. O ucaldıqca millətini də yüksəltdi, özü də, vətəni də bütövləşdi. Ulu öndərin azərbaycanlıların qürur mənbəyinə, birləşmə və bütövləşmə amilinə çevrilən tarixi xidmətlərinin təməlində onun ucalığı və nəhəngliyi dayanır.

Xalqımızın tarixin ən böyük azərbaycanlısını qürurla və böyük ehtiramla yad etdiyi bir gündə Azərbaycan Televiziyası ulu öndərə həsr olunmuş “Əbədiyyət” sənədli televiziya filmini tamaşaçılara təqdim edəcək.

Sənədli film dekabrın 12-də Azərbaycan Televiziyasında yayımlanacaq.