Kriptovalyutaya yatırım etmək olarmı? - “Gələcəyin pulları”

Kriptovalyutaya yatırım etmək olarmı? - “Gələcəyin pulları”

11 Dekabr, 10:47 Sosial mediada paylaşın:

Kriptovalyutaya bəzən yaxın gələcəyin əsas ödəniş vasitəsi də deyirlər. Bəzi ölkələrdə ilk rəqəmsal valyuta olan bitkoin rəsmi olaraq qəbul edilib.

Bəs bitkoin, ümumiyyətlə kriptovalyuta nədir, harada istifadə etmək olar, adi valyutadan nə ilə fərqlənir?

Rəqəmsal valyutanın bir növü olan kriptovalyutalar elektron ödənişlər üçün nəzərdə tutulub. İnternet şəbəkəsində yaradılan virtual pullar heç bir ölkənin maliyyə-valyuta sistemi ilə əlaqəli deyil.

Hazrda bitkoin, etherium, bitkoin cash, litekoin, eos başda olmaqla 200-ə yaxın kriptovalyuta növü var. Ticarət dəyəri ən yüksək olan isə bitkoindir – 7408 dollardan bir qədər bahadır. Kriptovalyutanın bu növünün ümumi bazar kapitalizasiyası 134 milyarddan artıqdır.

Kriptovalyuta bazarında müşahidə edilən volatillik tələb-təkliflə bağlıdır. İlk kriptovalyuta olan bitkoinin emalının çətin və sayının limitli olması onu internetin qızılı halına gətirib. İqtisadiyyatın rəqəmsallaşdığı bir dövrdə kriptovalyutaların verə biləcəyi texnoloji imkanların daha çox olması və zaman keçdikcə dəyərinin durmadan artması bu sektora marağı artırır.

Kriptovalutaların istifadə etdiyimiz kağız pullardan fərqinə gəlincə, kriptopullardan istifadə etmək üçün nə banka getməyə, nə də komissiya xərci ödəməyə eytiyac qalır. Valyuta mübadiləsini rahatlıqla reallaşdırmaq mümkündür. Bu sektorda baş verən dalğalanma qazanc əldə etmək istəyənlərin də diqqətindən yayınmır. Ekspertlər isə məsləhət görür ki, ciddi araşdırmalardan sonra yatırım yaqqında düşünülsün.

Ekspertlər virtual pulların gələcəyin valyutası olacağını qaçılmaz hesab etsələr də, hansı koinin ulduzunun parlayacağını deməkdə çətinlik çəkirlər. Bu gün cəmi bir necə sentə ticarət olunan koinlər gələcəkdə onun istifadəçilərinə böyük pullar da qazandıra bilər və ya əksinə…

Sədaqət Süleyman

CANLI YAYIM