Azərbaycan Ordusunun komandir heyətinin toplanışı keçirilir

Azərbaycan Ordusunun komandir heyətinin toplanışı keçirilir

9 Dekabr, 16:00 Sosial mediada paylaşın:

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunun komandir-rəis heyətinin iştirakı ilə toplanış keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir müavinlərinin, qoşun növləri və qisimləri komandanlarının, nazirliyin baş idarə, idarə və xidmət rəislərinin, birlik və birləşmə komandirlərinin, qərargah rəislərinin və digər məsul zabitlərin iştirak etdikləri toplanışdan əvvəl şəxsi heyətin sıra baxışı keçirilib.

Nəzəri və praktiki məşğələlərdə toplanışa cəlb edilən şəxsi heyətin bilik və bacarığı, həmçinin fiziki və sıra hazırlığı yoxlanılacaq. Toplanış zamanı iştirakçılardan hərbi nizamnamələr, rəhbəredici və digər normativ hüquqi sənədlər üzrə məqbullar qəbul ediləcək, eləcə də atıcı silahlardan atışlar icra olunacaq.

CANLI YAYIM