İcbari tibbi sığorta ilə bağlı ən vacib suallara aydınlıq gətirildi - ZAUR ƏLİYEV BU GÜN “HƏDƏF”DƏ

İcbari tibbi sığorta ilə bağlı ən vacib suallara aydınlıq gətirildi - ZAUR ƏLİYEV BU GÜN “HƏDƏF”DƏ

4 Dekabr, 16:55 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyasının “Hədəf” verilişinin bugünkü qonağı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev olub.

Z.Əliyev verilişdə icbari tibbi sığortanın tətbiqi ilə bağlı mühüm və hər kəsi maraqlandıran suallara cavab verib.

O, 2020-ci ilin sonuna qədər bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiq olunacağını, lakin bunun mərhələli şəkildə baş tutacağını qeyd edib: “İcbari tibbi sığortaya yumşaq şəkildə keçid üçün mərhələli tətbiq daha məqsədəuyğun hesab edildi. Bölgü belə oldu: şimal, qərb, cənub və Bakı-Sumqayıt-Abşeron”.

Agentlik sədri sözügedən bölgü üzrə icbari tibbi sığortanın tətbiqinin hansı tarixlərdə həyata keçiriləcəyini də açıqlayıb.

Bundan başqa, Z.Əliyev hazırda hər kəsin maraqla gözlədiyi bir neçə suala da aydınlıq gətirib:

- İcbari tibbi sığortanın tətbiqindən sonra tibbi personalın əməkhaqqında artım olacaqmı?

- Xidmətlər zərfi hansı tibbi xidmətləri əhatə edir?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədrinin bu və bu kimi digər mühüm məqamlarla bağlı açıqlamalarını saat 21:30-da Azərbaycan Televiziyasının efirində “Hədəf” verilişində Türkay Verdiyevanın təqdimatında izləyə bilərsiniz.

CANLI YAYIM