Elektron etibarnaməni necə vermək olar? - 7/24 İSTİFADƏ EDƏ BİLƏCƏYİNİZ XİDMƏT

Elektron etibarnaməni necə vermək olar? -7/24 İSTİFADƏ EDƏ BİLƏCƏYİNİZ XİDMƏT

3 Dekabr, 15:17 Sosial mediada paylaşın:

Vətəndaşlara göstərilən proaktiv xidmətlərin sırasına daha biri əlavə olunub. Artıq sürücülər notariat ofisinə müraciət etmədən nəqliyyat vasitələrinin idarəolunmasına dair etibarnamələri “myGov” portalı vasitəsilə elektron qaydada əldə edə biləcəklər. Belə ki, portal üzərindən ilkin olaraq 19 dövlət və 16 bildiriş xidməti təqdim edilir.

Vətəndaşlar “myGov” şəxsi kabinetlərində etibarnamələrini görə və yeni etibarnamə yarada bilərlər. Etibarnamənin yaradılması ilə bağlı müvafiq məlumatlar daxil edildikdən sonra vətəndaş “ASAN ödəniş” sistemi üzərindən ödəniş aparmaqla müraciətini tamamlayır. Sonra məlumatlar avtomatik olaraq Dövlət Yol Polisinə göndərilir. Portal üzərindən “eAgro”, “eSatınalma, “Azərbaycan Respublikasının Mərkəzi Bankının Elektron Müraciətlər Sistemi”, “ASAN ödəniş”, “eSosial”, “Birja Auksion” sistemlərinə keçid mümkündür.

Sistemin əsas xüsusiyyəti odur ki, vətəndaş heç bir xidmət mərkəzinə yaxınlaşmadan həftənin 7 günü 24 saat bu xidmətdən yararlana bilirlər.

Bununla yanaşı, “myGov.az” portalındakı şəxsi kabinetə bildiriş gedir. Hazırda belə bildirişlərin sayı 20-yə çatır. Etibarnamənin müddətinin bitməsi ilə bağlı da mütəmadi olaraq vətəndaşlar məlumatlandırılacaq.
Elektron etibarnamə üçün tələb olunan şifrə Ədliyyə Nazirliyinin istifadəyə verdiyi “Mobil notariat" tətbiqi vasitəsilə və “myGov” platforması üzərindən göstərilir. Burada istifadəçi ASAN və ya elektron imzası vasitəsilə həmin xidmətdən şifrəsiz istifadə edə bilər. Əgər vətəndaş bu günə qədər elektron hökumət portalında qeydiyyatdan keçməyibsə, o zaman ilk dəfə identifikasiyaya ehtiyac var. Şifrə yalnız ilk dəfə qeydiyyatdan keçdikdə tələb edilir və sonra istənilən qədər əməliyyat həyata keçirmək mümkündür.

Nuray Mustafa

CANLI YAYIM