Bakı-Pirşağı-Bakı qatarı hərəkətə başladı -QİYMƏTLƏR

3 Dekabr, 12:45 Sosial mediada paylaşın:

Dekabrın 2-dən etibarən Bakı-Pirşağı-Bakı qatarı fəaliyyətə başlayıb.

Sabunçu-Pirşağı-Sabunçu sahəsində infrastrukturun əsaslı təmir işlərinin başa çatması ilə əlaqədar, bu istiqamətdə hərəkət edən elektrik qatarının marşrutu Pirşağı stansiyasına kimi uzadılıb. Hələlik gün ərzində Bakıdan Pirşağıya və Pirşağıdan Bakıya 8 qatar hərəkətdə olacaq. Qatarla Zabrat-1, Zabrat-2, Məhəmmədi və Pirşağı stansiyalarına getmək və əks istiqamətdə qayıtmaq mümkündür.

Gediş haqqının məbləği Bakı sərnişin stansiyasından hər iki Zabrat stansiyasına qədər ekonom sinif 60 qəpik, biznes sinif 1 manat 70 qəpik, Məhəmmədi stansiyasına qədər ekonom sinif 70 qəpik, biznes sinif 1 manat 80 qəpik, Pirşağı stansiyasına qədər isə ekonom sinif 80 qəpik, biznes sinif 1 manat 90 qəpik təşkil edir. Əks istiqamətdə də eyni qiymətlər qüvvədədir.

Vəfa Ağabalayeva