Prezident: “Yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturu təsdiq olunacaq”

2 Dekabr, 16:20 Sosial mediada paylaşın:

“Yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturu təsdiq olunacaqdır. Yaxın gələcəkdə parlament yenidən formalaşacaq”.

Bu sözləri Prezident İlham Əliyev dekabrın 2-də Dilarə Seyidzadəyə “Şərəf” ordenini təqdim edərkən deyib.

Ölkə başçısı aparılan son islahatlardan danışıb: “Keçən həftənin sonunda Prezident Administrasiyasının yeni strukturu təsdiq edildi. Bu struktura görə, katiblik, bir neçə şöbə ləğv olundu və bir neçə yeni şöbə yaradıldı. Bu, təbii prosesdir. Çünki ölkəmizin hər yerində islahatlar aparılır, o cümlədən struktur islahatları. Yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturu təsdiq olunacaqdır. Yaxın gələcəkdə parlament yenidən formalaşacaq. Bu, təbii prosesdir. Eyni zamanda, gəncləşmə prosesi aparılır, bu da təbiidir. Çünki biz indi gənc kadrlara gərək imkan yaradaq ki, onlar öz bacarığını göstərsinlər”.