Azərbaycanlı deputat Baltik Assambleyasında çıxış edib

Azərbaycanlı deputat Baltik Assambleyasında çıxış edib

2 Dekabr, 14:39 Sosial mediada paylaşın:

Latviyanın paytaxtı Riqada Baltik Assambleyasının 38-ci sessiyası keçirilib.

Sessiyada Azərbaycanı Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri, deputat Azər Kərimli, eyni zamanda deputat Əli Məsimli və Milli Məclisin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Rüstəm Mahmudov təmsil edib.

Sessiyada çıxış edən Azər Kərimli GUAM PA ilə Baltik Assambleyası arasında qarşılıqlı əlaqələrdən, Milli Məclisin beynəlxalq fəaliyyətindən danışıb.

O qarşıqlı və faydalı əməkdaşlığın zərururiliyini bildirib: “Ölkələrarası münasibətlərdə parlament diplomatiyasının fəallığı vacibdir. Eyni zamanda, parlamentlərarası işçi qrupların əlaqələri gücləndirilməlidir”, - deyə A.Kərimli bildirib.

CANLI YAYIM