Azərbaycan Ordusunun cəbhədə itki verməsi barədə Ermənistan mətbuatında yayılan xəbərlər dezinformasiyadır

Azərbaycan Ordusunun cəbhədə itki verməsi barədə Ermənistan mətbuatında yayılan xəbərlər dezinformasiyadır

30 Noyabr, 12:54 Sosial mediada paylaşın:

Ermənistan mətbuatının guya cəbhənin Ağdam istiqamətində Azərbaycan Ordusunun Həşimov Səbuhi Səttarxan oğlu adlı hərbi qulluqçusunun həlak olması barədə yaydığı məlumat növbəti dezinformasiyadır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZTV.AZ-ın sorğusuna cavab olaraq bildiriblər ki, rəsmi olaraq Azərbaycan Ordusu cəbhədə itki verməyib və ümumiyyətlə, bu ad və soyadda hərbi qulluqçumuz yoxdur.

“Son günlər cəbhə xəttindəki vəziyyətlə bağlı Ermənistan tərəfi bir neçə dəfə yalan məlumat yaymaqla gələcək təxribatları üçün zəmin yaratmaq niyyətindədir. Qarşı tərəfi bu kimi addımlardan çəkinməyə çağırır və düşməni onun istənilən fəaliyyətinin qarşısının Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal və qətiyyətlə alınacağı barədə xəbərdar edirik”, - deyə nazirliyin məlumatında qeyd olunub.

CANLI YAYIM