Azərbaycan ilə Qazaxıstanı tarixi dostluq əlaqələri birləşdirir

Azərbaycan ilə Qazaxıstanı tarixi dostluq əlaqələri birləşdirir

30 Noyabr, 12:43 Sosial mediada paylaşın:

Azərbaycan ilə Qazaxıstanı tarixi dostluq əlaqələri birləşdirir. Dinimiz, dilimiz, mədəniyyətimiz birdir.

AZTV.AZ xəbər verir ki, bu sözləri Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdukərimov Qazaxıstanın Birinci Prezidenti Günü münasibətilə keçirilən tədbir zamanı bildirib.

Diplomat deyib ki, ölkələrimiz arasında bərqərar olan strateji tərəfdaşlıq əlaqələrinin əsasını Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Qazaxıstanın Birinci Prezidenti Nursultan Nazarbayev qoyublar. Hazırkı Prezident Kasım-Jomart Tokayevin də Azərbaycanla əməkdaşlığı gücləndirərək genişləndirməklə çoxşaxəli xarici siyasəti davam etdirdiyini diqqətə çatdıran Serjan Abdukərimov bildirib ki, siyasi, iqtisadi-ticari, nəqliyyat və logistika, kənd təsərrüfatı sahələrindəki əməkdaşlığımız ildən-ilə daha da genişlənir.

Qazaxıstanda Birinci Prezident Gününün 2012-ci ildən mütəmadi qeyd olunduğunu xatırladan səfir bununla da Qazaxıstan xalqının ölkənin və millətin atası adlandırdığı Nursultan Nazarbayevə minnətdarlığını ifadə etdiyini qeyd edib.

Tədbirdə çıxış edən ekspertlər Nursultan Nazarbayevin türkdilli dövlətlər arasında münasibətlərin genişləndirilməsi istiqamətində töhfələrini yüksək qiymətləndiriblər.

CANLI YAYIM