Bakı “Avro 2020”nin A qrupunun oyunlarına Roma ilə birlikdə ev sahibliyi edəcək

Bakı “Avro 2020”nin A qrupunun oyunlarına Roma ilə birlikdə ev sahibliyi edəcək

29 Noyabr, 16:29 Sosial mediada paylaşın:

Bakı futbol üzrə “Avro 2020”nin final mərhələsi çərçivəsində A qrupunun oyunlarına İtaliyanın paytaxtı Roma ilə birlikdə ev sahibliyi edəcək. Azərbaycan milli komandası turnirin final mərhələsinə vəsiqə qazanmadığı üçün İtaliya millisi hər üç oyunu öz meydanında keçirəcək.

AZTV.AZ xəbr verir ki, bundan əlavə, Millətlər Liqasının dörd pley-off qalibi A qrupuna düşə bilməz. Bu səbəbdən dördüncü səbətdən Finlandiya və ya Uels millisi paytaxtımızda qonaq olacaq. Birinci səbətdən heç bir milli komanda A qrupunda yer ala bilməyəcək. Çünki artıq İtaliya millisi birinci səbətdən A qrupunda yerini təmin edib. Eyni zamanda, ikinci səbətdən Rusiya və Danimarka, üçüncü səbətdən isə Niderland ev sahibi ölkələr olduqları üçün onların yer aldıqları qruplar artıq bəllidir.

Xatırladaq ki, 2020-ci ildə Avropa çempionatının 4 oyunu Bakı Olimpiya Stadionunda təşkil olunacaq. İyunun 13-də, 17-də və 21-də A qrupunun üç qarşılaşması, iyulun 4-də isə dörddəbir final mərhələsinin bir görüşü Bakı Olimpiya Stadionunda keçiriləcək.

CANLI YAYIM