Elxan Məmmədov tənqidlərə cavab verdi: “AFFA rəhbərliyi futbol oynamır”

Elxan Məmmədov tənqidlərə cavab verdi: “AFFA rəhbərliyi futbol oynamır”

22 Noyabr, 17:16 Sosial mediada paylaşın:

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov Azərbaycan Radiosu və İdman TV-nin ortaq yayımında - "Extra Time" verilişində qonaq olub.

Maraqlı müzakirələrin aparıldığı proqramda baş katib Azərbaycan milli komandasının son seçmə mərhələdəki uğursuz çıxışına münasibət bildirib.

Aparıcı İlkin Babanın “Bu gün milli komandalarımızın uğursuz çıxışı fonunda bütün günahın AFFA rəhbərliyində olduğu deyilir. Həqiqətən də günah sizdədirmi?” sualına E.Məmmədov bu cür cavab verib: “İlk növbədə demək istərdim ki, biz də AFFA rəhbərliyi olaraq son seçmə mərhələdən razı deyilik. Təbii ki, bu nəticə bizi qane etmir. Bununla bağlı İcraiyyə Komitəsinin iclası olacaq və suallarımız çoxdur. Baş məşqçiyə də suallarımız çoxdur. Gələcək müqavilə ilə də bağlı müzakirələrimiz olacaq və daha sonra bununla bağlı müvafiq qərar qəbul olunacaq. Bəzi futbolçularımıza da suallarımız var. Bəzi futbolçularımız bacarıqlarını meydanda 100 faiz nümayiş etdirmirlər”.

Elxan Məmmədov narazılığı anlayışla qarşıladığını deyib: “Peşəkar jurnalistlərin yazılarını təhlil edirik. Ancaq AFFA rəhbərliyi, işçiləri futbol oynamır. AFFA-nın funksiyası odur ki, şərait yaratsın, yəni infrastruktur, təlim-məşq toplanışları, digər texniki-inzibati işlər, turnir və liqaların təşkili, maliyyə təminatı və s. Meydançada isə artıq futbolçular oynayırlar”.

CANLI YAYIM