AzTV-nin əməkdaşı “Azərbaycan ailəsi 2019” film festivalının qalibi olub

AzTV-nin əməkdaşı “Azərbaycan ailəsi 2019” film festivalının qalibi olub

22 Noyabr, 15:11 Sosial mediada paylaşın:

“Azərbaycan ailəsi 2019” film festivalının mükafatlandırılma mərasimi keçirilib. Qaliblər sırasında Azərbaycan Televiziyasının əməkdaşı da var.

AZTV.AZ xəbər verir ki, “Azərbaycan ailəsi 2019” film festivalı Heydər Əliyev Fondu, BMT-nin Əhali Fondu və Ailə, Qadın və Uşaq Proqblemləri üzrə Dövlət Komitəsinin və 2018-ci ildən Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Müsabiqəyə 41 iştirakçı tərəfindən 49 film təqdim olunub. Onlardan 47-si müsabiqəyə buraxılıb. Təşkilat komitəsinə 2 bədii film, 6 televiziya verilişi, 9 sənədli film, 3 xarici olmaqla 6 sosial şarx və 7 vətənpərvərlik mövzusunda filmlər təqdim olunub.  “Ən yaxşı televiziya verilişi” nominasiyası üzrə Azərbaycan Televiziyasının əməkdaşı Firuzə Nadir “Dünyanı verək uşaqlara” filmi ilə qalib seçilib.

Millət vəkillərinin, müxtəlif qurumların və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mükafatlandırma mərasimində seçilmiş filmlər nümayiş etdirilib.

Qeyd edək ki, 11 il ərzində 345 rejissor tərəfindən 386 film, o cümlədən 42 xarici film müsabiqədə iştirak edib.

CANLI YAYIM