İtaliyada fişəng sexində partlayış olub, ölənlər var

21 Noyabr, 11:24 Sosial mediada paylaşın:

İtaliyada fişəng istehsalı sexində partlayış insan tələfatı ilə nəticələnib.

Polisin məlumatına görə, Sicilyada qeydə alınmış hadisədə 5 nəfər həlak olub. Xəsarət almış 3 fəhlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi açılıb.

Prokurorluğun ehtimalına görə, faciəyə barıt anbarında qaz qaynağı zamanı yaranan qığılcım səbəb olub.