Sumqayıt 70 yaşında: şəhərlə yaşıd olanlar bu günü xüsusi qeyd edir - REPORTAJ

Sumqayıt 70 yaşında: şəhərlə yaşıd olanlar bu günü xüsusi qeyd edir -REPORTAJ

20 Noyabr, 12:15 Sosial mediada paylaşın:

Sumqayıt şəhərinin 70 illik yubileyi təntənəli şəkildə qeyd olunub.

70 illik müddət tarix üçün qısa zaman kəsiyi hesab oluna bilər. Amma Sumqayıtın inkişafı göstərir ki, 70 il heç də az müddət deyil.

Tədbir zamanı səmada hərbi helikopterlər, paradda nümayişə çıxarılan zirehli texnikalar, əsgərlərimizin və polislərimizin hünər göstərişləri böyük maraqla qarşılanıb.

Sumqayıtda şəhər tikintisinə ötən əsrin 50-ci illərindən başlanıb. Yeni şəhərdə 70-80-ci illərdən etibarən neft-kimya sənayesi formalaşdırılıb. Bununla da, Xəzərin ləpədöyənindəki Sumqayıt inkişaf mərhələsinə qədəm qoyub.

Yubileyi Sumqayıtda doğulub-böyüyən və elə demək olar ki, şəhərlə həmyaşıd olan sakinlər xüsusi qarşılayıblar.

Qeyd edək ki, Sumqayıtın 70 illiyi ilə bağlı təntənəli bayram tədbirləri prezident İlham Əliyevin 14 fevral tarixli Sərəncamına əsasən təşkil olunub.

Vüsal Qaraca

 

CANLI YAYIM