Maralgölə ekotur: Türkiyə konsulu və turistlər bu dəfə fərqli marşrutla getdilər - REPORTAJ

Maralgölə ekotur: Türkiyə konsulu və turistlər bu dəfə fərqli marşrutla getdilər -REPORTAJ

19 Noyabr, 12:25 Sosial mediada paylaşın:

Ölkədə Milli Parklara marağın artırılması məqsədilə ekoturlar təşkil edilir. Növbəti belə səyahət Göygöl Milli Parkına olub. Macəra həvəskarları fərqli marşrut vasitəsi ilə Göygöldən Maralgölə doğru yürüş ediblər.

Onlar 17 km-lik məsafəni əvvəlcə dağ şəraitinə uyğun avtomobillərlərlə qət ediblər. İlk dayaq nöqtəsi Qazandurmaz dağının yaxınlığındakı Balçılı yaylağı olub. Tur iştirakçıları dəniz səviyyəsindən 2000 metr yüksəklikdə olan bu yerdə yay çəkib, ox atıblar, yallı gediblər.

Tur iştirakçıları dağ cığırlarından istifadə edərək irəliləyib ikinci dayaq nöqtəsinə çatıblar.

Yerli və əcnəbi turistlər ekotur zamanı kiçik “offroad” həyəcanı yaşamaqla yanaşı, xəzəl dolu meşələri doyunca gəzmək imkanı da qazanıblar.

Tur iştirakçıları 45 dəqiqəyə yaxın davam edən yürüşdən sonra yenidən dağ cığırları ilə Maralgölə doğru irəliləməyə başlayıblar.

“880 il bundan əvvəl Kəpəz dağının zirvəsindən qopan qaya parçasının Ağsu çayının qarşısını kəsməsi nəticəsində ərazidə ondan yuxarı göl yarandı. Onlardan biri də Maralgöldür və Maralgölün gözəlliyinə tamaşa etdikcə düşünürsən ki, fəlakətdən də gözəllik doğur”, - deyə ekoturda iştirak edən Azərbaycan Televiziyasının əməkdaşı Günel Feyzullayeva qeyd edir.

Tur zamanı təbiəti sevənlər arasında qardaş Türkiyənin Gəncədəki baş konsulu da olub.

Maralgölə turistər hər zaman ənənəvi marşrutla səfər edirlər. Ekotur zamanı isə Milli Parkın qonaqlarının bu təbiət incisini fərqli istiqamətdən görmək imkanı olub.

Günel Feyzullayeva

CANLI YAYIM