Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verilib

Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verilib

14 Noyabr, 13:50 Sosial mediada paylaşın:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq,  şəhid ailələri və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin müdafiəsi uğrunda sağlamlığını itirən şəxslərin mənzillə təminatının miqyası genişləndirilir. Bu məqsədlə Abşeron və Lənkəranda 2 şəhid ailəsinə və 4 Qarabağ müharibəsi əlilinə mənzillər təqdim edilib.

AZTV.AZ xəbər verir ki, təqdim olunan mənzillər mərkəzləşdirilmiş istilik sistemi, daimi su, qaz, işıq və mətbəx mebeli ilə təmin olunub. Mənzil sahibi olanlar dövlətin əhalinin həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımları müsbət qiymətləndiriblər.

Qeyd edək ki, bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 253 mənzil təqdim edilib. İlin sonunadək isə qeydiyyatda olan belə ailələrin hamısı mənzillərlə təmin olunacaq.

CANLI YAYIM