Quş qripinin qarşısını almaq üçün monitorinqlər keçirilir

Quş qripinin qarşısını almaq üçün monitorinqlər keçirilir

14 Noyabr, 13:30 Sosial mediada paylaşın:

Quş qripi ilk dəfə 2003-2004-cü illərdə Belçika, Almaniya, Honkonq, Niderland, Pakistanda, sonrakı illərdə isə dünyanın bir sıra ölkələrində özünü biruzə verməyə başlayıb. Hazırda yüksək dərəcəli patogen quş qripi bütün dünyada yayılıb.

Bu məsələ ölkəmizdə daim nəzəratdə saxlanılır, tez-tez monitorinqlər aparılır.

AZTV.AZ xəbər verir ki, monitorinq Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasının, Bərdə, Sabirabad, Quba və Lənkəran regional sınaq laboratoriyalarının, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eləcə də Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının əməkdaşlarının iştirakı ilə keçirilir.

Çöl quşları arasında aparılan monitorinqlər əsasən Abşeron yarımadasını, Şabran, Ağcabədi, Salyan və Lənkəran rayonlarındakı Milli Park və Təbiət Qoruqlarını, su-bataqlıq ərazilərini, eləcə də dənizsahili zonaları əhatə edir. Həmin ərazilərdən toplanan çöl quşlarının nümunələri Milli Park ətrafında qurulan çadır tipli biotəhlükəsizlik səhra laboratoriyasında müayinə olunur. Müayinələr spesifikliyi yüksək və təsdiqləyici metod sayılan Polimeraz Zəncirvari Reaksiya ilə həyata keçirilir. Eyni zamanda, həmin müddətdə Abşeron, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarının həyətyanı təsərrüfatlardakı müxtəlif növ quşlardan toplanan nümunələr biotəhlükəsizlik səyyar laboratoriyasında müayinə edilir.

 

CANLI YAYIM