Cavid Qurbanov: “Bakıdan Gəncəyə 3 saata çata bilərik”

Cavid Qurbanov: “Bakıdan Gəncəyə 3 saata çata bilərik”

13 Noyabr, 17:35 Sosial mediada paylaşın:

"Bakıdan Gəncəyə 3 saata çata bilərik".

AZTV.AZ xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cabid Qurbanov Prezident İlham Əliyevin qəbulunda olarkən bildirib.

C.Qurbanov qeyd edib ki, Bakı-Gəncə dəmir yolu ilə hazırda hər gün bir qatar gedir, bir qatar gəlir:

“Dörd saata gedir, amma bu, bizi qane etmir. Yolumuzun infrastrukturu imkan verir ki, bu sürəti saatda 140 kilometrə qaldıraq. Bu da o deməkdir ki, biz 3 saata Gəncə şəhərinə çata bilərik.

Bu gün Gəncə şəhərindən Ağstafa şəhərinə qədər olan yolda işləri tam bitirmişik. Orada 112-yə yaxın yol ötürücüsü var idi, onların da 67-sini artıq tamamlamışıq. Fikrimiz odur ki, Ağstafaya gediş-gəliş təqribən dörd saat yarıma olsun. Gəncəyə ən geci üç saat yarıma çatsın”.

CANLI YAYIM