“Azərbaycanda irsi qan xəstəliyindən əziyyət çəkənlər dövlət qayğısı ilə əhatə olunublar, onların müalicəsi istiqamətində mühüm tədbirlər görülür”. Bu barədə Bakıda keçirilən 2-ci Milli ortopedik simpoziumda bildirilib. Simpozium hemofiliyanın əsas və yayılmış fəsadlarından olan hərəkət-dayaq sisteminin patologiyası, əzələ atrofiyasının qarşısının alınmasında dünya ortopedlərinin təcrübə mübadiləsi və əməkdaşlıq imkanlarının yaradılmasıdır. Bir çox ölkələrin tanınmış mütəxəssislərin iştirak etdiyi tədbirdə məruzələr dinlənilib, müzakirələr aparılıb.