Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

12 Noyabr, 10:37 Sosial mediada paylaşın:

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

“Əziz həmvətənlər!

Sizi Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram. Arzu edirəm ki, Azərbaycanın uğurlu inkişafı davamlı olsun, ölkəmizdə daim sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün!”