Bulvarda Dövlət Bayrağı Günü ilə bağlı möhtəşəm tədbir - FOTOLAR

10 Noyabr, 09:23 Sosial mediada paylaşın:

Dünən Dövlət Bayrağı Günü münasibətilə Dənizkənarı Bulvarda bayram tədbiri keçirilib.

AZTV.AZ xəbər verir ki, Dövlət Bayrağı Günü münasibətilə Dənizkənarı Bulvar İdarəsi saat 12:00-dan başlayaraq bulvar ərazisində pulsuz face-art təşkil edib. 10 nöqtədə keçirilən aksiyada arzu edən hər kəsin üzünə boya ilə bayraq şəkilləri çəkilib. Face-artdan istifadə edən bütün qonaqlara pulsuz bayraqlar hədiyyə olunub.

Daha sonra bayram tədbiri Dənizkənarı Bulvar İdarəsi və “Mədəniyyət” telekanalının birgə təşkilatçılığı davam etdirilib. Tanınmış incəsənət ustalarının iştirakı ilə baş tutan konsert proqramı saat 22:00-dan etibarən "Mədəniyyət" telekanalının efirində yayımlanıb.

Tədbirdən fotoları təqdim edirik: