“Rossiya 24” “Neft daşları”ndan süjet hazırladı: dəmir şəhər -VİDEO

8 Noyabr, 17:41 Sosial mediada paylaşın:

“Rossiya 24” telekanalının “Vesti. Ekonomika” proqramı “Neft daşları”nın yubileyinə həsr olunmuş reportaj yayımlayıb.

Reportajda Xəzər dənizinin dünyanın 2 hissəsinin qovşağında - Qərblə Şərqin arasında yerləşərək, indiyə qədər təbiətin sirri kimi qaldığı qeyd edilir. Jurnalist Leyla Əlnəzərovanın xüsusi reportajında Xəzərin dibində çox sayda karbohidrogen ehtiyatlarının toplandığı diqqətə çatdırılır.

Neftçilər Azərbaycanda yerləşən qədim neft platformasını Xəzər şelfinin paytaxtı adlandırırlar. Süjetdə “Neft daşları”nın tarixi və bu günündən söhbət açılır. Bildirilir ki, Bakıdan 110 km aralıda yerləşən “Neft daşları” neft sahəsinin əfsanəsi sayılan açıq dənizin mərkəzində əsil dəmir şəhərdir. Burada dayanmadan karbohidrogen ehtiyatları hasil edilir.

Reportajda neft sahəsinin Azərbaycanın iqtisadiyyatında xüsusi yerə malik olduğu vurğulanır. Tamaşaçıların diqqətinə o da çatdırılır ki, burada 300 platformada iş aparılır. Neft daşlarında çalışanlardan müsahibələr vasitəsilə görülən nəhəng işlər, aparılan təfqiqatlardan ətraflı bəhs olunur. Təcrübəli kadrlarla yanaşı, gənc mütəxəssisələrin də neft sahəsində çalışdığı vurğulanır.