Bakı metrosunda tanqo sürprizi

7 Noyabr, 16:58 Sosial mediada paylaşın:

Noyabrın 8-də saat 17:00-da III Bakı Tanqo Festivalı çərçivəsində “İçərişəhər” stansiyasında Bakı sakinləri üçün tanqo şousu təşkil olunacaq.

"Bakı Metropoliteni" QSC-dən AZTV.AZ-a verilən məlumata görə, bu şou noyabrın 29-dan dekabrın 1-dək Bakı şəhərində Argentinanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq və “United Cultures” təşkilatının dəstəyi ilə keçiriləcək III Bakı Tanqo Festivalı çərçivəsində təşkil olunacaq.

Şounun gedişində Azərbaycanın peşəkar tanqo ifaçıları tanqoyla yaxından maraqlanan sərnişin və tamaşaçılar üçün master klasslar da təşkil edəcəklər.

Şəhərimizin tanqo həvəskarı olan sakinləri və qonaqları “İçərişəhər” stansiyasına dəvətlidirlər.