Azərbaycanın ən iri həcmli büdcə layihəsinin müzakirəsi bitdi

Azərbaycanın ən iri həcmli büdcə layihəsinin müzakirəsi bitdi

7 Noyabr, 16:40 Sosial mediada paylaşın:

Milli Məclisin komitələrində 2020-ci il üçün ölkənin əsas maliyyə sənədinin müzakirəsi yekunlaşıb.

AZTV.AZ xəbər verir ki, növbəti ilin büdcə layihəsi son olaraq parlamentin hüquq siyasəti və dövlət quruculuğu, insan hüquqları, regional məsələlər, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, gənclər və idman komitələrinin birgə iclasında müzakirə edildikdən sonra Milli Məclisin plenar iclasına tövsiyyə olunub.

2020-ci ilin dövlət büdcəsində də investisiya və sosialyönümlülük saxlanılıb. Ölkənin əsas maliyyə sənədi müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın ən iri həcmli büdcə layihəsidir. Gələn il üçün dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon 500 min manat, xərcləri isə 26 milyard 913 milyon 700 min manat proqnozlaşdırılıb.

CANLI YAYIM