“Bizim həyət”i digərlərindən nə fərqləndirir? - VİDEO

“Bizim həyət”i digərlərindən nə fərqləndirir? -VİDEO

7 Noyabr, 14:50 Sosial mediada paylaşın:

IDEA İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi davam etdirilir.

Azərbaycan Televiziyasının əməkdaşı Sabir Bilalov layihə çərçivəsində istifadəyə verilən növbəti həyətdə olub və sakinlərin təəsüratlarını öyrənib.

Həmin reportajı təqdim edirik.

Məlumat üçün bildirək ki, “Bizim həyət” layihəsinin əsas məqsədi ekoloji cəhətdən təmiz və abad məhəllələrin yaradılması, əhalinin sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat şəraitin təmin edilməsidir. Sakinlərin istəkləri nəzərə alınaraq həyətlərdə sağlamlıq imkanları məhdud şəxslər üçün zolaqlar salınır, binaların dam örtükləri, fasadları, bloklar təmir olunur.

Bundan başqa, məhəllələrdə ağac və kollar əkilərək yeni yaşıllıq zolaqları salınır.

Layihə çərçivəsində həyətlərdə təhlükəsizliyi təmin etmək məqsədilə kameralarla yanaşı, fövqəladə hallarda istifadə üçün hidrantlar da quraşdırılır.

 

CANLI YAYIM