Birinci vitse-prezident neftçiləri təbrik edib

Birinci vitse-prezident neftçiləri təbrik edib

7 Noyabr, 10:19 Sosial mediada paylaşın:

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Neft daşları”nın 70 illiyi münasibətilə neftçilərə təbrik ünvanlayıb.

AZTV.AZ xəbər verir ki, təbrikdə deyilir:

“Bu gün əfsanəvi “Neft Daşları”nın 70 illiyi qeyd olunur. 1949-cu ilin məhz bu günündə neftçilərimiz dünyada ilk dəfə olaraq Azərbaycanda açıq dənizdə neft hasil edərək, nəinki ölkəmizin, eləcə də bütün dünyanın neft salnaməsinə parlaq səhifələr yazmışlar. Bu əlamətdar hadisənin yubileyi münasibətilə bütün Azərbaycan neftçilərini təbrik edir, hər birinizə uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram!”

CANLI YAYIM