Baş Nazir Əli Əsədov Bolqarıstanın Əmək və Sosial Siyasət naziri ilə görüşüb

6 Noyabr, 17:50 Sosial mediada paylaşın:

Noyabrın 6-da Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikasının Əmək və Sosial Siyasət naziri Biser Petkovla görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZTV.AZ-a bildiriblər ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.