"Tarixin izi ilə" verilişində Azərbaycan dövlətçiliyinin rəmzi olan bayraqlardan danışılacaq - ANONS

6 Noyabr, 13:30 Sosial mediada paylaşın:

7 noyabr 2019-cu il saat 13:00-da Azərbaycan Teleiziyasının efirində gedəcək "Tarixin izi ilə" verilişi Azərbaycanın Dövlət Bayrağına həsr olunub.

Verilişdə qədim dövrlərdən müasir dövrədək Azərbaycan dövlətçiliyinin rəmzi olan bayraqlardan danışılır. Eyni zamanda, verilişdə  tarix elmləri doktoru Musa Qasımlı, Dövlət Bayraq muzeyinin direktoru Könül İmamverdiyeva və Xocalı sakini Cəfər Cəfərovun bayraq haqqında maraqlı fikirləri yer alıb.

Verilişin aparıcısı və ssenari müəllifi Mahir Qəribov, rejissoru isə Əli Hüseynovdur.