“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri teleradio işçilərini təbrik edib

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri teleradio işçilərini təbrik edib

6 Noyabr, 10:55 Sosial mediada paylaşın:

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov teleradio işçilərini peşə bayramı münasibətilə təbrik edib.

O, bu gün Azərbaycan Radiosunun 93, Azərbaycan Televiziyasının isə 63 yaşı olduğunu xatırladıb: “Əziz və dəyərli həmkarlar, bu gün sizin - TV və radio əməkdaşlarının, “sehirli qutu”dan yayımlanan sehirli səslərin və görüntülərin müəllifi olan minlərlə insanın peşə bayramıdır. Bu gün radiomuzun 93, televiziyamızın isə 63 yaşı tamam olur.

Sevinirik... Sevinirik ona görə ki, canımızdan artıq sevdiyimiz, bu gün sabitliyi və davamlı inkişafı ilə nümunə göstərilən müstəqil Azərbaycan Respublikasının təbliğatçısı, dünyada öz sözü və çəkisi olan, ölkəmizi qlobal miqyasda uğurla təbliğ edən Prezidentimizin yürütdüyü daxili və xarici siyasətin carçısı, media ruporuyuq.

Sevinirik ona görə ki, Ənvər Əlibəyli, İsrafil Nəzərov, Nəsir İmanquliyev, Qurban Yusifzadə, Teymur Əliyev, Elşad Quliyev və s. kimi dəyərli ziyalılardan bizə miras qalan, yaşı bir əsrə bərabər olan ana radio və televiziyamızın uğurları naminə çalışır, görülən nəhəng işlərə bir damla da olsa, fayda verməyə çalışırıq.

Sevinirik ona görə ki, bu gün sayı 2 mindən çox olan kollektivimiz bir komanda şəklində, sağlam ab-hava şəraitində, bir ailə kimi yorulmadan fəaliyyət göstərir.

Ən əsası, sevinirik ona görə ki, bizə inam, etimad var və bu inam, etimadla qürur duyur, onun doğrulması naminə əlimizdən gələni edirik. Məqsədimiz isə yalnız regionda deyil, dünyada aparıcı informasiya vasitəsinə çevrilməkdir. Buna da nail olacağımıza əminik.

Bu yolda hər birimizə möhkəm cansağlığı, yaradıcılıq uğurları, digər radio və TV-lərdə çalışan dəyərli həmkarlarımıza bol-bol nailiyyətlər arzu edirik.

Bayramınız mübarək!”

CANLI YAYIM