AVRO-2020-nin final mərhələsi “İdman TV”də canlı yayımlanacaq

AVRO-2020-nin final mərhələsi “İdman TV”də canlı yayımlanacaq

5 Noyabr, 17:39 Sosial mediada paylaşın:

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin rəsmi yayım hüququna yiyələnib.

AZTV.AZ xəbər verir ki, rəsmi yayım hüququna "İdman TV" ilə yanaşı İctimai Televiziya da sahib olub.

Qeyd edək ki, 12 iyun-12 iyul tarixlərində keçiriləcək AVRO-2020-nin final mərhələsinin oyunları tarixdə ilk dəfə Avropanın 12 şəhərində baş tutacaq.

Qitə çempionatının qrup mərhələsinin 3 və 1/4 final mərhələsinin bir oyunu Bakı Olimpiya Stadionunda oynanılacaq.

AVRO-2020-nin final mərhələsinin püşkatma mərasimi noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunacaq.

CANLI YAYIM