Kiyevdə Nəsimi adına kompleksin təməlqoyma mərasimi olub

Kiyevdə Nəsimi adına kompleksin təməlqoyma mərasimi olub

5 Noyabr, 13:20 Sosial mediada paylaşın:

Ukraynanın paytaxtı Kiyevdə azərbaycanlı mütəfəkkir-şair İmadəddin Nəsimi adına çoxfunksional kompleksin təməlqoyma mərasimi keçirilib.

AZTV.AZ xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və sifarişi ilə tikiləcək mədəni-tarixi kompleksdə Nəsimi adına Mərkəz, muzey, konfrans zalları fəaliyyət göstərəcək. Bundan başqa kompleksdə Qonaq Evi də fəaliyyət göstərəcək.

Təməlqoyma mərasimindən öncə səfirliyin əməkdaşları kompleksin qarşısında yerləşən parkda ucaldılan Nəsiminin heykəli ətrafında abadlaşdırma işləri aparıblar, yeni ağaclar əkiblər. Sonra Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev təməl daşını atıb.

Bu binanın 2020-ci ilin dekabrında istifadəyə veriləcəyini qeyd edən səfir Nəsimi irsinin öyrənilməsi və təbliği üçün belə bir kompleksin olmasının vacibliyini vurğulayıb: “Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili”nin elan edilməsindən sonra səfirliyin təşəbbüsü ilə mərkəzi parkların birində Nəsiminin heykəli ucaldılıb. Bu gün də çoxfunksional kompleksin təməlqoyma mərasimi “Nəsimi ili” çərçivəsində keçirilən tədbirlər planının tərkib hissəsidir”.

Səfir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında tanınmış azərbaycanlı mütəfəkkirlərin irsinin dünyada təbliği istiqamətində çox önəmli layihələr gerçəkləşdirilir.

Qeyd edək ki, binanın inşası azərbaycanlı investorların sahib olduğu “Drujba Narodov SND” şirkəti tərəfindən həyata keçirilir.

CANLI YAYIM