Tağıyevin nəticəsi “AzTV”nin qonağı olub - VİDEO

Tağıyevin nəticəsi “AzTV”nin qonağı olub -VİDEO

5 Noyabr, 12:25 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyasının “Hədəf” proqramının bugünkü qonağı məşhur azərbaycanlı xeyriyyəçi, messenat Hacı Zeynalabdin Tağıyevin Fransada yaşayan nəticəsi Alban Klod olacaq.

O, verilişdə bir çox maraqlı məqamlara toxunub, azərbaycanlı olmaqla fəxr etdiyini dilə gətirib: “Azərbaycanlı, Tağıyev ailəsinin mənsubu olmaq mənim üçün böyük fəxrdir. Vətənimin bir hissəsinin, xüsusilə doğma Şuşanın ermənilər tərəfindən işğalı, abidələrimizin ermənilər tərəfindən dağıdılması mənə çox pis təsir edir. Bakını, Azərbaycanı çox sevdim. Azərbaycan dilini mütləq öyrənəcəyəm.”

Klodun maraqlı açıqlamaları ilə zəngin “Hədəf” proqramını Elnar Məmmədlinin təqdimatında saat 13.30-da Azərbaycan Televiziyasının efirində və yaxud TV-nin rəsmi “Facebook” səhifəsində izləyə bilərsiniz.

***

Azərbaycanlı xeyriyyəçi, messenat Hacı Zeynalabdin Tağıyevin Fransada yaşayan nəticəsi Alban Klod Azərbaycan Televiziyasının “Hədəf” proqramının qonağı olub.

"AzTV"nin rəsmi "YouTube" səhifəsində verilişi tam izləyə bilərsiniz.

CANLI YAYIM