Teleradio Akademiyasında “Addım” adlı sərgi keçirilib

Teleradio Akademiyasında “Addım” adlı sərgi keçirilib

1 Noyabr, 16:57 Sosial mediada paylaşın:

Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Teleradio Akademiyası  fəaliyyətə başladığı gündən  yaradıcı və istedadlı gənclərin yetişməsində öz töhfəsini  verir. Bu dəfə Teleradio Akademiyası tələbələrin  öz istedadlarını nümayiş etdirmək üçün yeni və  fərqli olan  “Addım” (“Step”)adlı sərgi təşkil edib.

AZTV.AZ xəbər verir ki, texniki bazanın artırılması, tanınmış müəllimlərin tədrisə cəlb edilməsi Akademiyanın sürətli inkişafından xəbər verir. Operatorluq kursunun dinləyiciləri üçün tanınmış operatorlar tədrisə cəlb edilib. Həvəs göstərdikləri sahələrə uyğun  peşəkar müəllimlər tərəfindən həm nəzəri, həm də praktik biliklərə yiyələnən  kursun bir qrup dinləyicisinin “Addım” adlı fotosərgisi  müəllim və tələbə heyətinə təqdim olunub.

Foto sərgidə əsərlərini təqdim edən  gənclər sevincli və eyni zamanda həyəcanlı olduqlarının vurğulayıblar. 

Aparıcı, redaktor və müxbir qruplarının sərgidə iştirakı əsərlərin müəllifləri üçün vacib məqamlardan idi. Çünkü sərgilənən əsərlər arasında yalnız bir müəllif müsabiqə yolu ilə birinci yerin sahibi olacaq.

Lalə Quliyeva

CANLI YAYIM