Prezident Ağdaşda açılışlarda iştirak edib

28 Oktyabr, 14:03 Sosial mediada paylaşın:

Ağdaş rayonunda yenidən qurulan Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yolu istifadəyə verilib.

AZTV.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avtomobil yolunun açılış mərasimində iştirak edib.

Bundan başqa, Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verilib. Prezident İlham Əliyev tədbirdə iştirak edib.

Sonra dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Daha sonra Ağdaş Telekommunikasiya Qovşağının inzibati binasının əsaslı təmirdən sonra açılışı olub.

Prezident İlham Əliyev açılışda iştirak edib.

Ağdaşda Biyan Sənaye Parkının da açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.