Prezident İlham Əliyev Ağdaşa gedib

Prezident İlham Əliyev Ağdaşa gedib

28 Oktyabr, 13:35 Sosial mediada paylaşın:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Ağdaş rayonuna səfərə gedib.

AZTV.AZ xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin Ağdaş şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Prezident İlham Əliyevə son illər rayonda görülən işlər, həyata keçirilən layihələr, eləcə də Ulu Öndərin abidəsi ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

CANLI YAYIM